“Marneulidə seçicilər şantaj olunub, onlara hədə-qorxu gəlinib”
“Gürcüstanda bu gün keçirilən seçkilərdə ən acınacaqlı mənzərəni Marneulidə müşahidə etdik”.
Bunu Gürcüstanın müxalifətdən olan “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Givi Tarqamadze bildirib.
O deyib ki, Marneulidə səsvermə prosesi zamanı bir neçə müxalifət partiyası təmsilçilsi məntəqələrdən uzaqlaşdırılıb: “Marneulidəki seçkilərin bərabər şəraitdə keçirildiyini demək olmaz. Seçicilər şantaj olunub və onlara hədə-qorxu gəlinib”.
Report