Selcan Banunu belə təbrik elədi: “Mən əzmi Banu ilə tanıdım!”
Selcan Zeynallı
YÖS’ə başladığımız ilk günü xatırlayıram.. Kəsrləri toplaya bilməyən bir Banu. Müəllimə şoka düşmüşdü ki, bu uşaq 11-ci sinifdi, kəsrləri toplaya bilmir, hara girəcək bu?
Selcan, 258 saylı məktəbin direktoru Sədaqət müəllimə və Banuçiçək
Çox deyil, 9 ay sonra Banunu tibb, 100/100 hədəfiylə o müəllimə imtahana yolladı.
Banu 100/100-lə qayıtdı bizə! Mən əzmi Banuyla tanıdım. Qarşısına qoyduğu hədəfə çatmaq üçün otağına qapanıb saatlarla, dayanmadan misal həll etdiyini xatırlayıram. “1 ilə tibb qazanmaq olmur”, “1 ilə yüksək nəticə göstərmək çətin məsələdi” deyənlərə cavabını uğuruyla verdi. Yanımda oturub “Selcan, 1 ilə tibb qazana bilərəmmi bilmirəm, olmaz deyirlər” cümləsini gözü dolu qurmuşdu mənə. Qazanırlarmış, qızım, olurmuş!
Başarının adı – Banuçiçək
7/24 oyun oynayan, hər sinifin dərsi çox da vecinə almayan şagirdlərindən idi Banu. Tek hamle=yuxusuz gecələr, səhifələrlə kitablar, bitmək bilməyən testlər; özünü sübut etməyə yetdi. İlin başında gəlib “Selcan, bunu izah elə də” deyən qız, ilin sonunda imtahana günlər qala məni qarşısına almış, inteqral öyrədirdi. Cümlələr kifayətsizdir qürurumu tərif etməyə. Əzminə, savadına qurban! Təbrik edirəm!
Yuxusuz gecələrin sonu xoşbəxtlik saçan gülüşdür
Xural.com