Elmar Vəliyevin əsas adamı tutuldu-MƏHARƏT MUSTAFAYEV
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri zamanı Gəncə İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri Əli Rüstəmli, Nizami rayonunun keçmiş başçısı Məharət Mustafayev və digər vəzifəli şəxslər tutulublar.
Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.
Məlumata görə, tutulan vəzifəli şəxslər rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, saxtakarlıqda və digər cinayətlərdə ittiham olunurlar.
Onlara qarşı həbs-qətimkan tədbiri seçilib.