Abbas Abbasovun oğlu Heydər Əliyevin anım günündə ehsan verdi

Gəncə İmamzadə ziyarətgahında ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı ehsan mərasimi təşkil olunub.

Xural-ın əldə etdiyi məlumata görə, ehsan mərasimi keçmiş baş nazirin müavini, hazırda Moskavada yaşayan Abbas Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov tərəfindən həyata keçirilib. Hazırda Azərbaycanda olan Aydın Abbasov mərasimin baş tutmasında yaxından iştirak edib.

Məlumatı İmamzadə ziyarətgahının imamı İlham Abbasov da təsdiqlədi. Onun sözlərinə görə, İmamzadada hər il ümummilli lider Heydər Əliyevin Anım günü ilə bağlı ziyarətgahın rəhbərliyi  tərəfindən ehsan mərasimini təşkil edilir:

“Hörmətli Aydın Abbasova gəlincə isə, o, təkcə bu il deyil, son 15 ildə hər anım günündə ümummilli liderimiz H.Əliyevin xatirəsinə ehsan təşkil etməyimizdə əsas yardımçılardan biridir”.  

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button