Abituriyentlərin nəzərinə: qəbul qaydaları dəyişir – VİDEO

testGələn ildən Azərbaycanda ödənişli təhsil üzrə qəbul plani ləğv ediləcək. Ödənişli yerlərin sayi təhsil müəssisələri tərəfindən müəyyənləşdiriləcək.

Gələn ildən ali məktəblərə qəbulla bağlı qaydalar dəyişəcək.”Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”a əsasən qəbul planında ödənişli təhsil ləğv ediləcək.
Ödənişli yerlərin sayı potensial imkanlara uyğun olaraq universitetlər tərəfindən müəyyənləşdiriləcək. Belə ki, universitetlərin elmi-pedaqoji potensialına, maddı-texniki və tədris-laboratoriya bazasına müvafiq olaraq ixtisaslar üzrə maksimal hədd müəyyənləşdiriləcək.
Yenlik bu ilki qəbula aid deyil, gələn ildən tətbiq olunacaq. Bu qayda təhsil müəssisələrinə öz maliyyə imkanlarını artırmağa şərait yaradacaq, eyni zamanda ali məktəblərə qəbul olunanların sayını artıracaq.
xəzərxəbər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button