ABŞ-da dördzolaqlı magistral körpü uçub [Video]

Martın 25-dən 26-na keçən gecə ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yük gəmisinin dayağına çırpılması nəticəsində Patapsko çayı üzərindəki dördzolaqlı avtomobil körpüsü uçub.

Həmin vaxt körpünün üstündə onlarla maşın olub. “The Associated Press”in məlumatına görə, xilasedicilər suda qalan ən azı yeddi nəfəri axtarır.

Sinqapur bayraqlı “Dali” konteyner gəmisi körpünün dayağına çırpılaraq alovlanıb və batıb.

İki kilometr yarım uzunluğunda olan körpü 1977-ci ildə tikilib və ona ABŞ dövlət himninin müəllifi Frensis Skott Kinin adı verilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button