ADB “Azərişığ”ın maliyyə vəziyyəti ilə bağlı proqnozlarını açıqladı

Asiya İnkişaf Bankı (ADB) “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində aparılan islahatları dəstəkləməyə hazırdır.

Qurumun hesabatında qeyd olunduğu kimi, bu, müəssisənin maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün hökumətlə siyasi dialoq aparmağı şərtləndirir.

ADB-nin proqnozuna görə, mövcud tariflər saxlanılarsa, “Azərişığ”ın 2020-ci ildə 61,8 milyon manat olan əməliyyat zərəri 2021-ci ildə 77,7 milyon manat, 2022-ci ildə 93,5 milyon manat, 2023-cü ildə 116,1 milyon manat, 2024-cü ildə 139,8 milyon manat, 2025-ci ildə də 165,9 milyon manat təşkil edəcək. 2020-ci ildə 78,9 milyon manat təşkil etmiş xalis zərəri isə müvafiq olaraq 92,7 milyon103,9 milyon, 132,8 milyon162,2 milyon197,2 milyon manatadək artacaq.

Belə ki, 2023-cü ildə müəssisənin üzləşəcəyi vəsait çatışmazlığı ya qısamüddətli borc götürmək, ya da dövlət tərəfindən sərmayədən kənar dəstək zərurəti yaradacaq. Bütün bunlar dərhal azı 1 % həcmində tarif artımının zəruriliyini göstərir. Hərçənd ölkədə pərakəndə tariflərin və elektrik satınalması tariflərinin gələcəkdə də indiki səviyyədə qalacağı gözlənilir.

ADB-nin proqnozuna görə, “Azərişığ”ın kapitalı 2020-ci ildəki 2,110 milyard manatdan 2023-cü ildə 2,410 milyard manata, 2024-cü ildə 2,514 milyard manata, 2025-ci ildə 2,624 milyard manatadək artırılacaq. ASC-nin gəlirləri müvafiq olaraq 1,234 milyard manatdan 1,270 milyard, 1,285 milyard, 1,299 milyard manatadək artacaq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button