Ağdamda mal-qara otaran şəxslər minaya düşüb

Yayımlandı: 16 Mart 2023 13:18

Hər iki şəxsin həlak olduğu bildirilir

Martın 16-da Ağdamda iki nəfər yerli sakin minaya düşərək həyatını itirib. Hadisə rayonun Yusifcanlı kəndində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda belə deyilir.

Mina partlayışı nəticəsində ölənlər 1999-cu il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovdur.

Nazirlikdən verilən məlumatda bildirilir ki, adları çəkilən Ağdam sakinləri mal-qara otararkən minaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button