AK Parti: “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənin gücüdür”

“Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənin gücüdür”.

Bunu Türkiyənin hakim AK Partinin (Ədalət və İnkişaf Partiyası) İstanbuldan millət vəkili Şamil Ayrım tviterdə yazıb.

O, 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib: “Türkiyə ilə can Azərbaycan arasında yüz illərdir davam edən dostluq və qardaşlıq bundan sonra da davam edəcək. Ölkələrimiz bu tarixi dostluq və qardaşlıqdan aldığı böyük güclə gələcəyə ümidlə baxan, gələcəyi birlikdə inşa edən bir millət, iki dövlətdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button