Liberallar polis zorakılığına qarşı bəyanat verdilər

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sədr aparatının iclasını keçirib. Partiyanın mətbuat xidmətindən xural.com-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, 19 oktyabr mitinqi, Azərbaycan Xalq Hərəkatının (AXH) 26 oktyabra təyin etdiyi mitinq və bəzi təşkilati məsələlər müzakirə olunub.
ALDP 19 oktyabr mitinqi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“ALDP YAP hakimiyyətinin Milli Şuranın mitinqin təyin etdiyi 28 May metro stansiyası ətrafındakı yolları bağlamasını, Bakı şəhərini iflic vəziyyətə salmasını, mitinqə gələnlərə – qadın, kişi, yaşa baxmadan işgəncə, zor tətbiq edilməsini şıddətlə qınayır!
Hətta mitinqə bir gün qalmış, 18 oktyabrda həbslər baş vermişdi. Belə ki, ALDP, GAP, AXCP, Müsavat üzvləri qeyri-qanuni olaraq iki gün polis bölmələrində saxlanılmışlar.
ALDP 19 oktyabrda minlərlə vətəndaşa, jurnalistlərə və partiya sədrlərinə, xüsusilə AXCP sədri Əli Kərimliyə qarşı edilmiş zorakılığı insan hüquq və azadlıq prinsiplərin, əxlaq və mənəviyyat dəyərlərin zorlanması kimi qiymətləndirir.
ALDP  hakimiyyətdən vətəndaşların Konstitusion hüquqlarına, müxalif fikirli vətəndaşlara repressiyaların dayandırılmasını tələb edir.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button