Alen Simonyan: “Naxçıvana dəmir yolunun açılması məsələsində problem yoxdur”

“Hal hazırda yolların açılması kontekstində marşrutlar və sərhədi keçmə prosesi müzakirə olunur. Lakin hər hansı bir məsələyə tam aydınlıq gətirilməyib”. Bu sözləri Ermənistanın ərazi-idarəetmə nazirinin müavini Armen Simonyan deyib.

O bildirib ki, bu il 11 yanvarn bəyanatda söhbət yalnız dəmir yolu və avtomobil yolundan gedir. “Dəmir yolu məsələsində hər şey aydındır. Azərbaycanla Yerasx, Hrazdan, Meğrinin cənub hissəsindən keçən marşrutlarımız var. Başqa bir dəmir yolu isə Türkiyəyə aparacaq”.

O qeyd edib ki, faktiki olaraq söhbət tranzit nəqliyyatdan gedir. “Yəni, Ermənistanın strateji tərəfdaşı Rusiya ilə Azərbaycan ərazisindən keçəcək dəmir yolu və avtomobil yolu olacaq. Bundan əlavə, Ermənistan Naxçıvan vasitəsilə İrana əlavə çıxış əldə edəcək”.

Bütün bunların necə həyata keçiriləcəyi ilə bağlı suala nazir müavini cavab olaraq vurğulayıb ki, yalnız marşrutların açılması məsələsi müzakirə olunur. “Ermənistan başqa heç nə müzakirə etməyib və müzakirə etmək niyyətində də deyil”.

Azərbaycanın artıq Naxçıvana dəmir yolu çəkməsi ilə bağlı yayılan xəbərlərə gəlincə isə Simonyan qeyd edib ki, belə bir məlumata malik deyil.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button