Ali məktəbdə bədbəxt hadisə

Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib.

Xural.com Report-a istinadən xəbər verir ki, hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb.

Universitet tələbələri – 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yerə yıxılıblar. Onlardan birincisi bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri, digəri isə onurğa nahiyəsindən ağır xəsarət alıb.

Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button