“APA Holding” fəaliyyətini tamamilə dayandırdığını bəyan etdi

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı rəhbərlik ediyi MMC-nin fəaliyyətinin tamamilə dayandırılması ilə bağlı açıqlama verib.

24saat.org xəbər verir ki, Vüsalə Mahirqızı bununla bağlı bağlı Facebook profilində yazıb: “”APA Holding” fəaliyyətini tamamilə dayandırıb”
Qeyd edək ki, APA holdinqə daxil saytlar avqustun 1-i axşam saatlarından etibarən fəaliyyətini dayandırıb və saytlara giriş mümkün deyil. Problemə ölkə başçısı İlham Əliyevin çıxışının təhrif edilmiş formada yayılmasınən səbəb olduğu bildirilir. Sözügedən xəbərin yayılmasının ardınca APA holdinq “APA yanlışlığa görə üzr istəyir” başlığı ilə məlumat yaysa da, bir qədər sonra holdinqə daxil olab bütün saytlara giriş dayanıb.

Bir neçə gün sonra Vüsalə Mahirqızı açıqlama verərək, saytların özləri tərəfindən bağlandığını və araşdırma gediyini bildirmişdi.
Son günlər sosial şəbəkələrdə APA Holdinqin yenidən fəaliyyətə başlayacağı ilə bağlı informasiyalar yer alırdı.
V.Mahirqızının son açıqlamasından isə məlum olur ki, holdinq fəaliyyətini tam dayandırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button