Arda Turan haqda həbs qərarı verildi-2 il 8 ay

Ötən ilin oktyabr ayında müğənni Berkay Şahinlə dalaşan “Başakşəhər”in futbolçusu Arda Turan bu gün məhkəmə qarşısına çıxıb.

İstanbul Ədalət Sarayında keçirilən məhkəmədə Arda Turana hökm oxunub.

Qorxu yaradacaq şəkildə silahla atəş açmaq, sənədsiz silah gəzdirmək və qəsdən sağlamlığa zərər vurmaqda günahlarılan futbolçuya 2 il 8 ay 15 gün həbs cəzası verilib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.

Xatırladaq ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarının birində Berkay Şahinlə dalaşıb. Münaqişə əsnasında Arda onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkib və yerə atəş açıb.

 

Trend

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button