Arif Hacılının oğlu Orxan əsgəri xidmətə başladı-FOTO

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı bu gündən əsgəri xidmətə başlayıb.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə Müsavat başqanı özü sosial şəbəkədə məlumat paylaşıb: “Bu gündən oğlumuz Orxan Azərbaycan əsgəridir. Qürurluyam”, deyə, Arif Hacılı qısa bir statusla hisslərini ifadə edib.

Azərbaycan respublikasının qanunlarına görə, 18 yaşına çatmış hər bir vətəndaş üzürlü səbəblər və möhlət hüququ yoxdursa, silahlı qüvvələrdə xidmət etməlidir. Arif Hacıllnın oğlu Orxan indiyə qədər ölkə xaricində təhsil alırdı. Təhsilini və möhlət hüququnu bitirib, bu gündən əsgərliyə yollandı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button