ATV-də “yarpaq tökümü” – daha bir jurnalist kanalı tərk etdi

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) “Xəbərlər” Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib. Müxbir Səbuhi Turan 8 il çalışdığı “ATV Xəbər”dən ayrıldığını açıqlayıb.   

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə jurnalistin özü məlumat verib.

 

S.Turan, bundan sonra fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib:

 

“Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button