Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Türkiyəni Aralıq dənizinin şərqində Yunanıstanla ziddiyyətlərlə bağlı birtərəfli addımlardan çəkinməyə çağırıb.

Aİ-nin 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Berlindəki qeyri-rəsmi görüşü zamanı səsləndirilən bu bəyanatda Aİ rəsmisi həmçinin Türkiyə tərəfini təşkilatla müzakirə etməyə də dəvət edib.

“Sputnik” xəbər verir ki, C.Borrell görüşdə Türkiyəyə qarşı sanksiyalara dair razılığa gəldiklərini açıqlayıb. Belə ki, ilkin olaraq bu ölkəyə aid gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək nəzərdə tutulur.

Həmçinin Aİ-nin sədrliyini həyata keçirən Almaniya kansleri Angela Merkel də mətbuat konfransı zamanı Aralıq dənizinin şərqindəki böhran məsələsinə toxunaraq üzv ölkələrini Yunanıstanı dəstəkləməyə çağırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button