Avropa Məhkəməsi Əvəz Zeynallının daha bir işi üzrə kommunikasiya başladı

“Avropa Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 3 şikayətin kommunikasiyasına başlayıb. Şikayətçilər arasında jurnalistlər və vəkillər də var. Şikayətlərdə ədalətli məhkəmə, şəxsi həyatın toxunulmazlığı, səmərəli hüquqi müdafiə vasitələri, mülkiyyət hüquqlarının pozulduğu iddia olunur” – bu haqda tanınmış media mütəxəssisi, Media Hüququ İnstitutunun rəhbəri Xalid Ağəli özünün facebook səhifəsində yazdığı statusunda deyib. Xalid bəy davam edib:

“Araşdırılan işlərdən birində şikayətçi jurnalist Evez Zeynalli və vəkil Elçin Sadıqovdur. Onlar AİHM-ə şikayətlərində iddia ediblər ki, Ə.Zeynallı həbsdə olarkən onun vəkili ilə konfidensial söhbət etmək hüququ pozulub.

Digər şikayəti Zəka Mirağayevin vəkilləri göndəriblər. Həmin şikayətdə 2012-ci ildə jurnalistin yaşadığı mənzildə axtarış aparılmasından, ona məxsus dini ədəbiyyatın götürülüməsindən bəhs edilir. Jurnalistin vəkilləri iddia edirlər ki, axtarış və götürmə qanunsuz olub, olayla bağlı məhkəmələrdə ədalətli araşdırma hüququ pozulub.

AİHM-in araşdırdığı digər işdə şikayətçi özəl şirkət sahibi olan Aqşin Qarayevdir. Şikayətə görə, A.Qarayevin satın aldığı qaz turbinlərinin üzərinə hansısa cinayət işi ilə əlaqədar olaraq 13 ildən artıqdır ki, qanunsuz həbs qoyulub.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button