AXCP fəalının ailəsi təqib olunur
AXCP üzvülərinə qarşı hüquq orqanları tərəfindən təqib və təzyiq kampaniyası davam edir.
Bəlli olduğu kimi son illərdə keçirilən kütləvi aksiyslarda fəal iştirak edən, ictimai-siyasi cəhətdən fəal olan AXCP üzvü olan Rəhim Rüstəmovun valideyinlərinin yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər telefon açaraq, onun harada olması ilə maraqlanıblar.
Bu haqda məlumat ala bilmədikdə isə onun valideyinlərinə qarşı nalayiq ifadələr işlədərək, onları təhdid ediblər. Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs Rəhimin valideyinlərinin yaşadığı mənzilə gələrək bir daha onun harada olmasını soruşublar. Rəhimin anası oğlunun harada olduğunu bilmədiyini deyib. Bu halda həmin şəxslər Rəhimi gec-tez tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildiriblər. Müxalifətin kecirdiyi aksiyalarda fəallıq göstərdiyinə görə polis və mülkigeyimli şəxslər tərəfindən vəhşicəsinə döyülüb, qeyri-qanuni olaraq saxlamılıb və müxtəlif müddətlərdə inzibati qaydada həbs olunub.
Elman Əliyev
Mən niyə tanımıram bu fəalı? Tanış edin, biz də tanıyaq.
Nurane xanim siz butun feallari ve teqib teziq olalarin hamisini taniyirsiniz ? Rehim bey AXCP Nesimi tewkilatinin feal uzvlerindendir isteseniz maraqlana bilersiniz ………….