Axtarış sistemləri Azərbaycanda yay vaxtının ləğv olunduğunu nəzərə almayıb

Google və Yandexin axtarış maşınları lazımi səviyyədə köklənməyib

“Google” və “Yandex” axtarış sistemləri Azərbaycanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə almayıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, Azərbaycanda yay vaxtına keçid, yəni saatların qabağa çəkilməsi martın 27-si səhər 4-də baş verməli idi, lakin bir müddət əvvəl ləğv edildiyindən bu olmadı.

Görünən odur ki, “Google” və “Yandex”in axtarış maşınları lazımi səviyyədə köklənməyib və “Bakıda saat neçədir?” sorğusuna hazırki vaxtdan bir saat irəlini göstərir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button