Ayaz Mütəllibov haqqında şok faktlar!

Eks-prezident 20 noyabr 1991-ci ildə kimin bağında olub, 12 aprel 1996-cı ildə Moskvada kimlərlə yaxalanıb?!

Ötən həftə qəzetimizdə sabiq prezident Ayaz Mütəllibovun tərəfdarlarından biri olan Əzizağa Süleymanovun baş redaktor Əvəz Zeynallının Ayaz Mütəllibov haqqında yazdığı müəllif yazısına cavab məktubu dərc olunmuşdu. Guya A.Mütəllibovu müdafiə üzərində qurulan yazı diqqətlə oxunduğunda əslində, onun özü tərəfindən diqtə olunduğu təəssüratını yaradırdı. Bunu redaksiyadan yazılan girişdə də açıqca qeyd etmişdik. Ə.Süleymanovun yazısının dərcindən sonra XuralTAC-ın telefonları susmadı. A.Mütəllibovun tərəfdarı olan Süleymanovun AXC dövründəki hərəkətlərindən tutmuş A.Mütəllibovun cinayətlərinə qədər çoxsaylı məlumatlar əldə etdik və redaksiya rəhbərliyinin tapşırığı ilə bu iddiaların bəziləri haqqında artıq araşdırmalar aparılmağa başlanıb.

Bu iddiaların içində iki fərqli iddia var ki, onlar haqqında Oxucularımıza qısa məlumatlar vermədən keçə bilmədik. Moskvadan yenicə gələn Oxucularımızdan biri bizə bunları söylədi: «Bunlar nə üzlə Ayaz Mütəllibovu müdafiə edirlər, başa düşmək olmur. Bu o A.Mütəllibov deyildimi Moskvanın məscidlərində Heydər Əliyevə lənət oxutduran? Nə tez unuduldu bunlar? Mən yazını oxuyub özümə gələ bilmirəm. Gəlib bütün olanların hamısını sizə danışacağam. Heydər Əliyevə Moskva məscidlərində lənət oxudanlar indi ona «ümumilli lider» deyirlər. Yazıqlar olsun!»

Başqa bir Oxucumuz isə Ə.Süleymanova bir sualının olduğunu dedi və xahiş etdi ki, cənab polkovnik bu sualın cavabını versin: «Əzizağa Süleymanov yazır ki, 12 aprel 1996-cı il tarixində Ayaz Mütəllibov Moskvanın milis orqanları tərəfindən həbs olunub. Düzdür. Amma Süleymanov cənabları A.Mütəllibovun niyə həbs olunduğunu yazmır. O zaman zəhmət olmasa, Ə.Süleymanovdan soruşun, 12 aprel 1996-cı ildə A.Mütəllibov niyə tutulmuşdu? Yanında kimlər vardı? Niyə Azərbaycana verilmədi? Çəkilən videoçəkilişin taleyi necə oldu? Ə.Süleymanov cənabları bu sualın cavabını verməsə, mən olanların hamısını «Xural»a danışacağam. Amma yaxşı olardı ki, bunu A.Mütəllibovun özünün cinahı açıqlasın».

XuralTAC bu faktların araşdırmasında ikən eks-prezident haqqında daha bir tükürpədici fakt daxil oldu redaksiyamıza. Bu, 20 noyabr 1991-ci ildə baş verən faciəli vertolyot hadisəsi haqqında idi. Məlumatda qeyd olunur ki, A.Mütəllibov hadisə baş verəndə İqtisadiyyat İnstitutunun keçmiş rektorunun bağ evində eyş-işrət içində imiş. XuralTAC-ı məlumatlandıran mənbə bağ evinin sahibinin adını və Mütəllibovun yanındakı qızların kimliyini də redaksiyaya bildirib. Ancaq məsələnin ciddiyyətini nəzərə alaraq faktı dərindən araşdırmağa qərar verdik. Bir şey dəqiq məlumdur ki, Azərbaycan tarixinin ən faciəli hadisələrindən birinin yaşandığı qara bir gecədə A.Mütəllibov – bu ölkənin prezidenti kef çəkməkdə imiş…

Bunu Allah götürərmi?!

Götürmədi!

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button