Aydın Bəşirov Türkiyədə vəfat etdi

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib. 
Bu barədə “Report”a onun yaxınları məlumat verib.
Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sahab dəfn ediləcəyi gözlənilir.
Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button