“Ayrılıb ölürük biz…”-ŞEİR

Səadəti qovuruq…

Dərddən zövq alırıq, biz.

Hələ qovuşmamışıq

Necə ayrılırıq, biz?

 

Ağlamalı gündəyik

Bəs niyə gülürük biz?

Qovuşub dirilmirik

Ayrılıb ölürük biz!

 

Ömür uzun səfərdi…

Hara tələsirik ki?

Gəlmişkən ləngiməyək

Hər dəfə gəlmirik ki?

 

Yat, yuxusun sevdiyim…

Şirin yuxu dilərəm…

Şeir yadımdan çıxsa

Layla deyə bilərəm.

 

Gözümün intizarı…

Gözümdən uzaqlaşma.

Mən də elə sənəm də…

Özündən uzaqlaşma.

 

Məni məndən ayırma

Sonra qayıtmaq olmur

Səni tapmaq asandı

“Özümü” tapmaq olmur.

 

Səddam Məmmədov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button