Azərbaycan boksçusu koronavirusdan öldü

Azərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.

Onun vəfatından bir gün sonra, iyunun 23-də isə anası Nazilə Qurbanova ürək tutmasından dünyasını dəyişib.

R.Qurbanovun 1 azyaşlı qızı var. Onun talassemiya xəstəsi olduğu bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button