Azərbaycanda 38 nəfər koronavirusa yoluxub, 42 nəfər sağalıb

Aprelin 22-də Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatdan görünən odur ki, koronavirus infeksiyasından ölüm faktı bu gün qeydə alınmayıb.

Operativ qərargahın məlumatında qeyd olunub ki, Azərbaycanda indiyədək1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

“Onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.”məlumatda deyilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button