Azərbaycan DMX Almaniyadan deportasiya edilmiş azərbaycanlılar barədə

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri  müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə 18 iyul 2018-ci il tarixdə ölkəmizə göndərilib.

DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə  18 iyul 2018-ci il tarixdə Heydər Əliyev Bey¬nəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib.

Bütün readmissiya edilən  şəxslər onları qarşılayan qohumlarına təhvil verilib, yalnız bir şəxs – Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

*   *   *16:26

Bakıda Almaniyadan deportasiya edilən 50-dən çox adamın saxlanılması barədə xəbərlər həqiqətə uyğun deyil. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr bildiriblər.

Məlumata əsasən Almaniyadan Azərbayana 36 nəfər deportasiya edilib. Onlardan da Bakıda cəmi biri saxlanılıb və həmin şəxs axtarışda olub.

Bakıya deportasiya edilənlərin hamısının saxlanılması barədə yalan məlumatı şərh edən mənbə deyib ki, bunu miqrantların sonrakı deportasiyasının qarşısını almaq üçün qəsdən edirlər.

“Bu yalan informasiya ona görə yayılır ki, daha sonra buna əsaslanıb miqrantların deportasiyasını dayandırsınlar. Göstərsinlər ki, baxın, Azərbaycanda deportasiya edilənlər dərhal həbs olunurlar. Bu yalandır. Almaniyadan deportasiya edilənlərin hamısı həmin o bir nəfər istisna olmaqla azadlıqdadır”-mənbə deyib.

*   *   *16:01

İyulun 18-də Almaniyadan deportasiya olunmuş 50-dən çox Azərbaycan vətəndaşı elə Bakı hava limanında həbs ediliblər. Bu barədə Almaniyada yaşayan siyasi mühacirlərin saytı məlumat yayıb.

Daha öncə virtualaz.org-un yazdığı kimi, Almaniyanın miqrasiya idarəsi azərbaycanlıları ölkədən kütləvi şəkildə deportasiya etməyə başlayıb. Onların əksəriyyəti Almaniyada qaçqın status almaq istəyiblər və bu məqsədlə Azərbaycanda siyasi səbəblərdən izlənilmələri barədə yalan məlumatlar yayıblar.

Məlumata görə, iyulun 18-də 51 miqrant çarter reysi ilə Almaniyadan Azərbaycana deportasiya edilib. Bakı hava limanında onları hüquq-mühafizə orqanlarınınm əməkdaşları qarşılayıb.

Saxlanılanlardan biri Sinan Bayramovdur. O, son dörd il ərzində Almaniyada yaşayıb. Azərbaycan siyasi mühacirlərinin informasiyasına görə, Sinan Bayramovu Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin məlumatına görə, 2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Readmissiya Sazişinin müddəalarına uyğun olaraq, 50-dən çox Azərbaycan vətəndaşı öplkədən deportasiya edilib.

Həmin mərkəzdən bildirildiyinə əsasən, deportasiya edilmiş azərbaycanlılar Almaniyanın Bamberq, Valdvassen, Uesburq, Kürten və digər şəhərlərində yaşayıblar.

Virtualaz.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button