Azərbaycan neftinin qiyməti son üç ilin rekorduna çatdı

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,81 dollar və ya 1,15% artaraq 71,25 dollar təşkil edib. Sonuncu dəfə “AzeriLight” markalı nefti 2014-cü ilin dekabr ayında 71 dollara satılıb.
Dünya birjalarında isə neft ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar və ya 0,13% azalaraq 63,49 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar və ya 0,14% azalaraq 69,10 dollar olub.

“APA-Economics”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button