Azərbaycan Ordusunun əsgəri həlak olub, xəsarət alan da var

Sıldırım qayalıqlardan qopan qaya parçası  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyevin  və əsgər Tahir Çingiz oğlu Əliyevin üstünə düşüb

Avqustun 5-də Laçın rayonunda bir Azərbaycan hərbi quluqçusunun həlak olduğu, başqa birinin isə xəsarət aldığı bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyevin və əsgər Tahir Çingiz oğlu Əliyevin üstünə düşüb.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açıldığı, araşdırma aparıldığı bildirilir.

Amma bu rəsmi məlumata, hələlik, həmin hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button