Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyasını müzakirə ediblər – YENİLƏNİB

İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

17:37

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mger Qriqoryanla görüşüb.

Onlar iki ölkənin sərhəd bölgəsində bir araya gəliblər.

Eyni zamanda, Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının növbəti, dördüncü iclası keçirilib.

Tərəflər Azərbaycan və Ermənistan liderləri səviyyəsində müxtəlif formatlarda əldə edilmiş razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Ş.Mustafayev və M.Qriqoryan həmçinin komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button