Azərbaycanın ən yaxşı idmançısı: “Mənim pulum yoxdur!”

“İndicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Karlsenlə beş saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonra bir az vəziyyətim çətinləşdi və üstünlüyü əldən verdim. Buradan bir qənaətə gəldim ki, bir daha 40-45 günlük turnirlərə son qoyacağam”.

Virtualaz.org bildirir ki, bunu Azərbaycanın şahmat üzrə qrossmeysteri Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazıb.

Azərbaycanı dünyada təmsil edən Şəhriyar üzləşdiyi çətinlikləri etiraf edib: “Gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq, əlbəttə ki, biabırçılıqdır. Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım, deyim ki pul!

Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı insanların sponsoru var. Amma yenə sabah oyun var. Gərək yenə hazırlaşım. Çox heyf, amma şahmat belə məni bezdirir! Yorulmuşam!

Sabah yenə oynamaq lazımdır! Arada fkirləşirəm, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır?! Azərbaycana sevgim sonsuzdur. Amma heyf ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. O zaman isə bu söhbətlər, sadəcə, mənasız olacaq. Təşəkkürlər diqqətə görə”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button