“Azadlıq Fədaisi” mükafatının növbəti qalibi kim olacaq?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, ALDP tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının növbəti qalibinin müəyyən edilməsi və bəzi təşkilati məsələlər müzakirə olunub.

“Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri, dördüncü dəfə qalibi müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğuya başlanmasını təklif etdi.

“Bir ay ərzində keçiriləcək sorğunun nəticələri dekabrın əvvəlində – Beynəlxalq insan hüquqları günü elan olunacaq və qalib müəyyənləşəcək” – Fuad Əliyev qeyd edib.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçilərinə “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə isə AXCP sədr müavini Gözəl Bayramlı “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button