Azadlıq prospektində yanğın- FOTO+VİDEO

1Bakıda daha bir üzlənmiş binada yanğın baş verib. 

Hadisə ilə bağlı ilk fotoları jurnalist Əzizə İsmayılova Facebook səhifəsində paylaşıb. Yanğın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb.

Binanın üzlüyündə baş verən yanğını külək daha da alovlandırıb. Ətrafa qorxunc alov yayılmaqda davam edir.

Binanın sakinlərinin evakuasiya olunması ilə bağlı məlumat yoxdur. Yanğın iş saatlarında baş verdiyi üçün sakinlərdən çoxunun evdə olmadığı ehtimalı var. Binanın alovunu söndürməyə çalışan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hələ bu miqyasda yanğını söndürməkdə acizdirlər. Binanın yanından keçən magistral yolda tıxac yaranıb. azadlıq prospekti əsas yol olduğu üçün Bakı kəndlərindən glən avtobusların gedişində ciddi məhdudiyyətlər yaranmağa başlayıb. Qeyd edək kiŞ bina Azadlıq metrosunun üst qatında yerləşir və ətrafda hündürmərtəbəli binaların sayı çoxdur. Ehtimal olunur ki, əgər yanğın tezliklə söndürülməsə digər binalara da keçə bilər.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişi özünü səkkizinci mərtəbədən ataraq ölüb.  Həmin şəxsin ailəsi hələ binadan çıxarılmayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasının yanması faktı ilə bağlı məlumat yayıb. FHN-nin saytında bildirilir ki, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.

“Azadlıq” prospekti nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, “Azadlıq” prospektində yerləşən binada baş verən  yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məlumat üçün bildirək ki, həmin bina alkopanla üzlənib və bir müddət əvvəl də oxşar yanğın hadisəsi Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında 16 mərtəbəli binada qeydə alınmışdı.

XuralTAC

8

5 4 3 2 1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button