AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib

AzTV dövlət telekanalının əməkdaşı Samir Nəcəfzadə koronavirus infeksiyasından vəfat edib. Bu barədə baş dövlət telekanalının mətbuat xidməti məlumat yayıb.

O, kanalın İctimai-Siyasi və Analitik Proqramlar Departamentində rejissor işləyib.

Bir neçə gün öncə S.Nəcəfzadə səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb, məlumatda bildirilir.

Hazırda dövlət televiziyasının daha beş əməkdaşı xəstəxanalarda müalicə olunur, biri isə tibb müəssisəsindən evə yazılıb.

Virusun dövlət televiziyasının ərazisində geniş yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri aparılır, temperaturu olan əməkdaşlar işə buraxılmır. 3 min əməkdaşdan bir mini işə çıxır.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda koronavirusa yoluxmuş media işçilərinin ümumi sayı 20-yə yaxındır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button