“Baltika-Bakı”MMC-nin “Xural”la mübahisəsinə Ali Məhkəmə baxacaq – VİDEO

 

“Baltika-Bakı” MMC-nin icraçı direktoru Adam Tlexuray

19.12.2012

Dekabrın 21-də saat 10.30-da Ali Məhkəmədə şikayətə baxılacaq.

Xatırladaq ki, iyunun 28-də Apellyasiya Məhkəməsinin hakimi Ilham Əsədov növbəti dəfə “Xural”a qarşı qərəzini nümayiş etdirərək absurd qərar çıxarmışdı.

“Xural” qəzetinin Nərimanov rayon məhkəməsinin “Baltika-Bakı”MMC-nin xeyrinə çıxardığı 50 min manatlıq cərimə ilə bağlı verdiyi apellyasiya şıkayəti İlham Əsədov tərəfindən qismən təmin edilərək, hazırda baş redaktoru həbsdə olan və nəşri dayandırılan “Xural” qəzetini 25 min manat cərimələndirmişdi.

Vəkil Elçin Sadıqovun məhkəməyə “Baltika-Bakı” MMC –nin cinayət xarakterli istehsal prosesilə əlaqədar təqdim etdiyi video-dəlillərə hakim əhəmiyyət verməyərək, “Siz bu videonu icazəsiz əldə etdiyiniz üçün məhkəmə tərəfindən fakt hesab edilə bilməz” deyərək, əhəmiyyət verməyib. Halbuki sabiq deputat Gülər Əhmədovanın guya Ə.Zeynallının ondan rüşvət tələb etməsilə bağlı yazdığı gizli audioyazı baş redaktorun razılığı ilə əldə olunmuşdu ?! Baş redaktor onun razılığı olmadan əldə edilən CD yazıya görə 13 aydır ki, həbsdədir.

Qeyd: “Baltika-Bakı” MMC haqda “Xural” qəzetində dərc olunan məqalələrin həqiqət olub-olmadığını araşdırmadan, “siyasi sifariş” əsasında dərc olunmayan və baş redaktoru həbsdə olan qəzetə qarşı 50 min manatlıq cərimə qərarı çıxaran Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın həyat yoldaşı Kənan Quliyev insanları aldadaraq, dələduzluq yolu ilə külli miqdarda pul vəsaiti mənimsəmək ittihamı ilə həbs olunub. Hazırda istintaq gedir.

“Xural” qəzeti Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Ali Məhkəməyə şikayət edib.

Dekabrın 21-də saat 10.30-da Ali Məhkəmədə şikayətə baxılacaq.

Ali Məhkəmə də sifarişlı qərar çıxardığı təqdirdə proses Avropa Məhkəməsində davam etdiriləcək.

Məlumat üçün bildirək ki, 2011-ci ilin avqust ayında “Xural” qəzeti “Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-nın həddindən artıq keyfiyyətsiz  pivə  istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazmışdı. Həmin məqalələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib.  Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, baş ofisi Sankt-Peterburqda yerləşən şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı  məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. Mənbə onu da bildirib ki,  “Davamlı olaraq keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Zavod rəhbərliyi bu “problemin” asan yolunu tapıb. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarır. Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi – Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir. Vəkil E.Sadığov “Xural” qəzetinin redaksiyaya daxil olan şikayət ərizəsi əsasında material dərc etdiyini də məhkəmə heyətinin diqqətinə çatdırmışdı:  “Mən hesab edirəm ki, jurnalist əgər öz peşəsini layiqincə, fakt və sənədlərə əsaslanaraq yerinə yetirirsə, o zaman kimliyindən asılı olmayaraq onun haqqında lazımi materiaları yaza və yaya bilər. Bu məsələdə də “Xural” qəzetinin redaksiyasına kifayət qədər fakt və dəlillər daxil olub və bunların əsasında yazılan məqalələrin heç birində Adam Tlexurayın şərəf və ləyaqətinə toxunacaq bir cümlə belə işlənilməyib. “Xural” qəzeti “Baltika-Bakı” MMC-nin “Xırdalan Pivə”ləri adı altında tərkibində mikrob tapılan pivələrin təkrar istehsal üçün çənlərə töküldüyü haqda məlumat yayıb ki, növbəti məhkəmə prosesində biz bu görüntüləri məhkəməyə təqdim edəcəyik. Adam Tlexuraya gəlincə, o “Baltika-Bakı” MMC-nin Sank-Peterburqda yerləşən Mərkəzi İdarəsi tərəfindən dəfələrlə yoxlamalara məruz qalıb və işində buraxdığı ciddi nöqsanlara görə (?!) Bakıda tutduğu vəzifəsindən kənarlaşdırılıb”.

“Bakı-Baltika”nın “Xırdalan” pivələri insan üçün təhlükəli olaraq qalır!!!

 “Xural” qəzeti “Baltika-Bakı” MMC ilə bağlı hazırladığı məqalələrin tam həqiqətə söykəndiyini və bu zavodun istehsal etdiyi məhsulların insan orqanizmi üçün təhlükəli olması haqda ciddi xəbərdarlıq edir. Qəzet bu istiqamətdə mübarizəsini sonadək – günahsız və heç nədən xəbəri olmayan insanları zəhərləyən cinayətkarların cəzalandırılacağı günədək davam etdirmək niyyətindədir.

“Xırdalan Pivə” nin – “Baltıka-Bakı” MMC-nin nə cür məhsul istehsal etməsilə bağlı əldə etdiyi faktlarla bu linkdən tanış ola bilərsiniz.

http://www.youtube.com/watch?feature=player_embedded&v=iamVA-qbzK0

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button