“Bakı İstintaq Təcridxanasındakı kameralar gizlin şəkildə dinlənilir və vizual müşahidəyə məruz qalır” – VİDEO

15.03.2013

Əvəz Zeynallının və vəkili Elçin Sadığovun  bu məsələ ilə bağlı verdiyi şikayət  təmin edilmədi

 Dünən Bakı Apellaysiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının və onun vəkili Elçin Sadığovun Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə şikayət üzrə məhkəmə prosesi keçirildi. Təxminən bir saat davam edən prosesdə sikayət təmin edilmədi.

 Belə ki, məhkəmə prosesində Ə.Zeynallının özü də iştirak edirdi. Proses başlanan kimi Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sifarişi ilə, hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədov vasitəsilə 9 il müddətinə azadlıqdan məhrum edildiyini xatırladaraq, hazırki şikayət üzrə  də onun leyhinə hər hansı bir qərarın qəbul ediləcəyinə inanmadığını dedi.

 “17 aydır ki, həbsdəyəm. Çoxsaylı məhkəmə proseslərim olub. Özüm də hüquq təhsilliyəm. Özü də Ankarada bitirmişəm. Bu səbəbdən hüquqçulara böyük hörmətim var. Amma mənimlə bağlı məhkəmə prosslərində hakimlərlə bağlı çox kədərli mənzərənin şahidi oldum. Hakimiyyət hakimlərin şərəfinə əl qoyub. Hətta mənim tələbə yoldaşım olan, Apellyasiya Məhkəməsinin hakimi Xaqani Məmmədov belə hüquqçu şərəfini yaddan çıxarıb. Hər bir əməlin sərhədi olmalıdır axı. Məsələn Xaqani Məmmədov deyə bilərdiki mən bu adamla tələbə yoldaşı olmuşam, bu işi başqasına verin. Amma o etmədi və mənə kəsilən ağır cərimə qərarını gəlib təsdiq etdi”, – deyə qeyd edən Ə.Zeynallı bütün qanunsuz qərar çıxaran hakimlərin də mütləq bir gün qanun qarşısında cavab verəcəyini vurğulı.

 Hakim U.Mayılov Ə.Zeynallını sözünü kəsərək, mahiyyəti üzrə danışmağsini tövsiyyə etdi. O isə məhz mahiyyəti üzrə danışdığını dedi.

 “Qəzetimi bağlayıblar, özümü zindana atıblar, sizin gülməşəkər deputatınız da ailəmi, qəzetin kollektivini tapança ilə hədələyərdi. Mən bu halda nə etməli idim? Milli Təhlükəsizilik Nazirliyi, prokurorluq, Daxili İşlər Nazirliyi və siz hakimlərə sözümü deməliydim. Amma buna imkan verməmisiniz. Mən vəkilimə yaranmış təhlükə ilə bağlı rəsmi qaydada müraciət yazıb vermişəm. Amma onu da əlindən alıblar. Mən vəziyyətimi yaxşı başa düşürəm. Salmisiniz məni həbsə, caniniz sağ olsun, sizə də qismət olsun. Heç olmasa mənə cəza çəkdiyim kamerada düşünmək imkanını verməlisiniz. Mən kamerada düşnməyə ehtiyat edirəm ki, birdən nəyisə pıçıltı ilə deyecəm və dərhal onu da bir yerə yozacaqsınız. Mənim düşünmək, yazmaq, kamera yoldaşımla dərdləşmək hüququqm var. Söhbət mənim bu hüququqmun da yasaq edilməsindən gedir”, – deyə Ə.Zeynallı qeyd etdi.

Sonra Ə.Zeynallı qeyd etdi ki, onun kamerada dinlənilməsi və videogörüntüyə alınması, vəkili ilə görüşünün konfedensiallığının təmin edilməməsi ilə  bağlı şikayətə son dəfə 2012-ci il avqustun 14-də 2 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında baxılıb: “İclasların obyektiv tərzdə, qanunamüvafiq şəkildə keçirilməsi məni də şoka salmışdı. Hətta o mənə çay qonağlığı da boyun olmuşdu. Amma necə oldusa 2012-ci il oktyabrın 11-də keçirilən məhkəmə prosesində hakimin yenisilə əvəz olundu. İş  hakim Fərmayıl Zeynallıya verildi. Deyim ki, onun soyadından başqa heç bir keyfiyyəti yoxdur. O da  prosesin tez başa çatması və iddianın təmin olunmaması naminə bütün qanunsuz vasitələrdən və şəxsi bəhanələrdən istifadə etdi.

Biz onsuz da sifarişlə işləyən məhkəmələrdən ədalət gözləməyi çoxdan tərgitmişik. İndiyədək bir-neçə haqlı iddialarımız bu sifarişlər əsasında təmin edilməyib. Bu dəfə də eyni mənzərə ilə rastlaşdıq. İddiam təmin edilmədi. Yəqin, niyə də yəqin, elə siz də bugun belə edəcəksiniz. Allah qoymasa, Ali Məhkəmə də şikayətimizi təmin etməyəcək. Amma qabağda Avropa Məhkəməsi var. Möhtərəm hakim, indi siz də hüquqçusunuz da, yəqin Avropa Məhkəməsinin nə qərar çıxaracağını özünz də bilirsiniz”, – deyə Ə.Zeynallı onu da əlavə rtdi ki, onun Bakı İstintaq Təcridxanasına dair digər şikayətləri də yoxdur.

 “Mən dəfələrlə demişəm, indi də deyim ki, Azərbaycanda ən normal şəraitli Bakı İnstintaq Təcridxanasıdır. İndi sizə problem yaradıb ad çəkmirəm, amma oranın hakimiyyətin yuxarı eşalonlarında olan məmurlara da arzu edirəm. İsti suyu, səliqəli otaqları var, yeməyi də pis deyil. Mənim davam, burada hüqularımın pozulmasındadır. Oradakı kameralara 8 naqil gəlir, o naqillərin biri ilə hər an adamı dinləyə bilərlər, kameralarda və istintaq otaqlarında da video müşahidə aparmaq üçün kameraların quraşdırılması və dinləmə  qurğularının quraşdırılması ilə bağlı məndə ciddi şübhələr var. Əks təqdirdə vəkillə ikilikdə elədiyimiz söhbətləri sabahsl günü müstəntiq mənə deyə bilmızdi. Həm də mən bəzən yuxarıdakıların ünvanına “xoş” sözlər deyəndə müstəntuq barmağı ilə yuxarını, yəni kamera olmasına işarə edərək mənə xəbərdarlıq edirdi”, – deyə o qeyd etdi.

 Daha sonra çıxış edən vəkil Elçin Sadığov isə bildirdi ki, Ə.Zeynallının hüquqi yardım məqsədilə ona verdiyi ərizələr zorla əlindən alınıb. Həm də o ərizənin ona verilməsini yalnız vizual müşahidə nəticəsində müəyyən edə bilərdilər.

 “Düzdür, istintaq otağının pəncərəsi var və nəzarıtçi oradan işərini görür. Amma mən ərizəni Əvəz bəydən elə şəraitdə aldım ki, nəzarətçi qapı arxasında yox idi, bu hərəkəti ancaq içəridə quraşdırılmış video müşahidə qurğusu ilə görə bilərdilər. Səs dinləməsindən isə çoxdan şübhələnmişdik, ona görə, biz adətən müdafiə strategiyasını bir birimizə kağızda yazmaqla quruduq. İçəridə vizual müşahidənin aparılmasını isə mənə də dəfələrlə nəzarətçilər və müstəntiq işarə verib. Bu səbəbdən də biz həmin otaqlarda və kameralarda vizual müşahidə və səs dinləmə qurğularının olub-olmamağını müəyyənləşdirmək üçün ekspertizanın təyin edilməsinə dair vəsadət qaldırırır”, – deyə qeyd edən E.Sadığov habelə həmin dövrdə BİT-in rəisi olmuş Elxan Seyidov və digər şəxslərin də məhkəmə prosesinə şahid qismində dəvət edilməsinə dair vəsadət verdi.

 Amma hakim vəkilin çıxışından dərhal sonra  vəsadətlərinin rədd edildiyini dedi. Sonra isə U.Mayılov hökmün elan edilmsəi üçün məhkəmənin müşavirə getdiyini elan etdi.

Amma Ə.Zeynallı replika ataraq, elə dərhal qərarın elan edilməsini tələb etdi: “Ülvi müəllim, üzür istəyirəm, qoy möhtərəm hakim olsun, möhtərəm hakim, onsuz qərar hazırdırda, oxuyun getsin. Bir də niyə əziyyət çəkib o biri otağa gedirsiniz”.

 Təxminən 3-5 dəqiqədən sonra, məhkəmə geri dönərək qərarı elan etdi.

 İdrak Abbasov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button