Bakı Metropoliteni işçi axtarır

metro-qatar-beledci

Bakı metropoliteni vakant iş yerləri ilə bağlı müsabiqə elan edib.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Məlumatda qeyd olunur ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir:

“Kurslar 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələbləri:

Xanımlar üçün:

–  Yaş: 18 – 30 arası
–  Boy: minimum 170 sm
– Təhsil: minimum tam orta təhsil
– Dil bilikləri:
Azərbaycan dili – Əla
Xarici dil bilmək arzuolunandır

Oğlanlar üçün:

–  Yaş: 22 – 30 arası
– Boy: minimum 170 sm
–  Hərbi mükəlləfiyyətli
–  Təhsil: Texniki Ali
– Dil bilikləri:

Azərbaycan dili – Əla
Xarici dil bilmək arzuolunandır”.

Kurslarda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus).

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsininin qeyd edilməsi zəruridir. 

Müraciət üçün son tarix 04.03.2016-cı il”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button