Bakı polisi 5000-dən çox cinayətin baş verdiyini dedi

BSBPI26.07.2013

İyulun 26-da Bakı şəhər Baş Polis İdarəsində 2013-cü ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Trend-in məlumatına görə, müşavirəni giriş sözü ilə açan Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirib ki, Azərbaycanda inikişafın və rifahın əsası olan ictimai asayişin etibarlı qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında respublikanın hüquq mühafizə orqanlarının, o cümlədən DİN-in, onun əsas strukturlarından biri olan Bakı Şəhər BPİ-nin xüsusi xidmətləri olduğunu diqqətə çatdıran Baş İdarənin rəisi hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib.

Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov 2013-cü ilin birinci yarısında paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, hesabat dövründə Bakı şəhərində ümumən 5.053 cinayət hadisəsi qeydə alınmış, onlardan 3.644-nün, (76,2%) açılması təmin olunmuş, həmin cinayətlərin 82,7 faizi 4.177-si (82,7 %) az ağır və böyük ictimai təhlükə törətməyən, 876-sı (17,3%) isə ağır və xüsusilə ağır növ cinayətlər olmuşdur.

Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və aparılması sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə bütövlükdə ümumi cinayətlər 190 fakt (3,6%), o cümlədən şəxsiyyət əleyhinə törədilənlər 664 fakt (42,4%), həmçinin soyğunçuluqlar 25 fakt (22,5%), dövlət və ictimai bələdiyyə əmlakı oğurluğu 41 fakt (2,5 dəfə) azalmış, şəxsiyyət əleyhinə törədilmiş 902 cinayətdən 797-nin (91,7%), o cümlədən qeydə alınmış 48 qəsdən adamöldürmə cinayətinin 97,4 faizinin, 8 adamöldürməyə cəhdlərin 93,8 faizinin, 7 zorlama, 3 adam oğurluğu və 7 hədə-qorxu ilə tələb etmə cinayətlərinin isə hamısının açılması təmin olunmuşdur.

Bunula yanaşı cari ilin 6 ayı ərzində qeyri-aşkar şəraitdə törədilmiş 2.951 cinayətdən 1.863-nün (63,3%) açılması təmin olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və soyğunçuluq cinayətlərinin açılması sabit qalsa da, quldurluq və dələduzluq cinayətlərinin açılması müvafiq olaraq 2,2 faiz və 1 faiz yaxşılaşmış, bu müddətdə 27 soyğunçuluq və quldurluq cinayəti törətmiş 51 nəfərdən ibarət 20 qrup, eləcə də 26 mənzil oğurluğu cinayəti törətmiş 34 nəfərdən ibarət 12 qrup, həmçinin 20 avtonəqliyyat vasitələrinin qaçırılması cinayəti törətmiş 37 nəfərdən ibarət 16 qrup ifşa edilmiş, keçmiş illərdən bağlı qalmış 98 cinayətin üstü açılmışdır.

Axtarışda olan təqsirləndirilənlərin axtarılması da fəal surətdə davam etdirilmiş, 724 təqsirləndirilən şəxslərdən 418-nin, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 303 nəfərdən isə 124-nün tutulması təmin olunmuşdur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə də Baş İdarənin Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən xeyli müsbət işlər görülmüş, qanunsuz dövriyyədən 695 fakt üzrə 146 kiloqramdan çox narkotik vasitə çıxarılmış, belə qanunsuz fəaliyyətlə məşğul olan 525 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunmuş, 19 nəfərdən ibarət 9 qrupdan 27 kq-dan çox müxtəlif növ narkotik vasitə götürülmüşdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button