Bakının ən böyük prospektində hərəkət məhdudlaşır

Bakı şəhərində Heydər Əliyev prospektinin bir hissəsində aprel ayının 26-dan 27-nə keçən gecə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Xural.com “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşdırma Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə bağlıdır. Məhdudlaşma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq. Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button