Baş Prokurorluq Füzuli Ələkbərovu rəsmən nəzarətə götürdü

Prokurorluğun Anti Korrupsiya İdarəsi rəsmən nazirliyi nəzarətə götürdü

İki gün əvvəl Baş Prokurorluğun Anti Korrupsiya İdarəsi Əmək və Əhalinin Sosial  Müdafiə Nazirliyinə məktub yollayıb. Həmin məktubda yazılıb ki, bundan sonra vətəndaşlardan nazirliyin müvafiq idarələri ilə bağlı olaraq şikayətləri nazirliyiə təqdim edilməyəcək.

Baş Prokurorluğun bu məktubu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin aparatı ilə yanaşı, həm də yerli idarələrə də təqdim edilib. Məktubun qısa məzmunu ondan ibarətdir ki, Anti Korrupsiya İdarəsinə təqdim edilən, idarənin qaynar xəttinə olunan müraciətlər araşdırılan zaman ənənəvi metodlardan istifadə edilməyəcək. Ənənəvi metodlar kimi isə dövlət yazışmaları üzrə protokol qaydalarının yeni formasının tətbiq edilməsi göstərilib. Məlumatda deyilir ki, vətəndaşın vəzifəli şəxs qismində ƏƏSMN-nin işçilərindən şikayət  etdikləri təqdirdə şikayətlər araşdırılmaq üçün birbaşa aidiyyatı istintaq orqanlarına təqdim ediləcək.

Maraqlıdır ki, bu ilin yazından başlanan antikorrupsiya kampaniyası çərçivəsində aparılan həbslər zamanı daha çox ƏƏSMN-nin işçiləri tutulublar. Son bir həftə ərzində isə adıçəkilən nazirliyin bir neçə əməkdaşı da korrupsiya faktına görə həbs edilib.

Yerli mətbuatda yazılan informasiyalara əsasən artıq nazir Füzuli Ələkbərovun şəxsi barəsində də ən yüksək dairələrdə kifayət qədər qəti qərar var. Bildirilir ki, Anti Korrupsiya İdarəsinin nazirliyə təqdim etdiyi sonuncu rəsmi məktub əslində nazirin həbs öncəsi manevr imkanlarını məhdudlaşdırmaq məqsədilə hazırlanan plandır.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button