Bayden “Amerika qurtuluş planı”nı imzaladı

O, 1,9 trilyon ABŞ dollarlıq qanun layihəsi imzalayıb...

ABŞ prezidenti Co Bayden ümumi məbləği 1,9 trilyon ABŞ dolları olan qanun layihəsi imzalayıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, “Amerika qurtuluş planı” adlanan sənədin imzalanma mərasimi ölkənin xəbər kanalları tərəfindən Ağ Evdən yayımlanıb.

Qeyd edək ki, layihədə göstərilən məbləğin təqribən 400 milyard ABŞ dollarını koronavirusa qarşı mübarizəyə və əhalinin peyvəndlənməsi kampaniyasına sərf etmək nəzərdə tutulur. Hakimiyyət daha 1 trilyon ABŞ dolları əhalinin dəstəklənməsinə yönəltmək niyyətindədir. Digər məbləğ pandemiyada zərər çəkən müəssisələr arasında bölüşdürüləcək.

Qanun əsasən, ABŞ-da əksər vergi ödəyicilərinə adambaşı 1,4 min ABŞ dollar birbaşa ödəniş nəzərdə tutulur. Bundan başqa, işsizliyə görə federal büdcədən ödənişlər ştatların ödədiyi vəsaitdən əlavə avqust ayına qədər həftədə 300 ABŞ dollarına bərabər olacaq.

Bundan əlavə, qanun layihəsində koronavirus pandemiyasının aradan qaldırılmasına kömək məqsədilə məktəblərə 130 milyard ABŞ dollar, kollec və universitetlərə daha 40 milyard ABŞ dollar ayrılması nəzərdə tutulur.

Ştatlar və dairələr səviyyəsində yerli hökumət orqanları 350 milyard ABŞ dolları dəstək alacaqlar. Aviaşirkətlərə dəstək üçün 15 milyard ABŞ dolları, restoranlara dəstək üçün 25 milyard ABŞ dolları, COVID-19 testlərinin çoxalması üçün təqribən 50 milyard ABŞ dolları ayrılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button