“Belə qanunsuzluq olar?”

Deputat Sabir Rüstəmxanlı isə AZAL rəhbərliyinə etiraz edib: “Belə qanunsuzluq olar?”

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Heydər Əliyev Hava Limanında baş verən özbaşnalığı, sərnişinlərə qarşı sayğısızlığı sərt tənqid edib.

S.Rüstəmxanlı bildirib ki, insanlar hava limanında saatlarla gözləyir, onlara gecişən reyslərlə bağlı heç bir dolğun informasiya verilmir:

“200 kişi, Azərbaycan vətəndaşı Bakı Heydər Əliyev Hava limanında 10 saata yaxındır oturub Minvoda uçmaq üçün təyyarə gözləyirlər.

Bir o qədər insan da o başda Bakıya uçmaq üçün Təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizıliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur. Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə xalqın əsəbləriylə oynayırlar?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button