Belarus erməni konyakını qadağan edir

Belarusun baş dövlət sanitar həkimi Aleksandr Tarasenko “Ararat” konyak zavodunun məhsullarının idxalını və satışını qadağan edib.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, bu barədə Qomeldəki regional gigiyena, epidemiologiya və səhiyyə mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistanın “Ararat Konyak Zavodu” şirkətinin məhsullarında “uyğunsuzluğun aşkar edilməsi ilə əlaqədar” idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qadağandır.

Qadağaya səbəb məhsulda boyanın aşkarlanması göstərilir.

Zavodun məhsulları ticarətdən çıxarılaraq utilizasiya edilməlidir.

Ermənistan tərəfi, hələlik, bu açıqlamaya cavab verməyib.

Ermənistan və Belarus Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinin üzvüdür.

Bəzi xəbərlərə görə, Moskva Yerevanla münasibətlərinin pisləşməsinin ardınca sərhəd keçidində ixrac-idxal nəzarətini gücləndirib. Ötən ilin noyabrında “Rosselxoznadzor” Ermənistandan ixrac olunan meyvə, tərəvəz və güllərdə Gürcüstanın “Yuxarı Lars” sərhəd keçidində yoxlama zamanı “ziyanverici orqanizmlər”in aşkarlandığını iddia etmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button