Berluskoninin mirası təxminən 5 milyard avro dəyərində qiymətləndirilib

Vəfat edən İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni ölkənin ən zəngin adamlarından biri idi.

Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, onun mirasının təxminən 5 milyard avro dəyərində qiymətləndirilir və bu, onun 5 övladı və 16 nəvəsinə qalacaq.

Əsas pay 4,89 milyard avro dəyərində olan “Fininvest” ailə holdinqinin payına düşür. Holdinqə “Mediaset TV” şirkətinin 50%-i və “Mondadori” nəşriyyatının 53%-i, həmçinin “Mediolanum” bankı daxildir.

Beş uşağın hər biri hissələrin 7,65 faizinə, Berluskoni isə hissələrin 61,3 faizinə sahibdir.

“Forbes”in son reytinqinə görə, Berluskoni İtaliyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub. Bəzi illərdə o, ilk yerdə qərarlaşıb. Jurnal onun sərvətini bazar meyarlarına görə 6,9 milyard avro qiymətləndirib.

Biznesdən əlavə, Berluskoninin bir neçə villası, sarayları və evləri var. Onun Milanın yaxınlığındakı ən məşhur iqamətgahı Arkoredəki Villa San Martinodur, burada iyunun 13-də siyasətçi ilə vidalaşma yalnız ən yaxınları üçün təkbətək keçiriləcək. Berluskoninin digər məşhur iqamətgahı Sardiniya adasındadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button