BNA: “Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb”
Bu gün baş vermiş avtobus yanğınında marşrutun içində yalnız sürücü olub.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, hadisə bu gün səhər 7 radələrində baş verib:
“Bu gün səhər saat 7 radələrində “Çinar-Trans” MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub. Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.
Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb”.