Bob Hepple Bərabərlik Mükafatının qalibi 2018: Şəhla İsmayıl

 

“Azərbaycan Vətəndaş Cəmiyyətində uğurlu hadisə baş verib. Azərbaycanlı tanınmış hüquq müdafiəçisi dünyanın məşhur insan hüquqları qurumu olan “Equal Rights Trust” təşkilatının Bərabərlik sahəsində ildə bir dəfə verilən “Bob Hepple adına Bərabərlik” mükafatına layiq görülüb.” Bu haqda xural.com-a daxil olan məlumata görə, bu mükafata Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Şəhla İsmayıl layiq görülüb. Bob Hepple İngiltərənin əfsanəvi vəkillərindən və siyasi xadimlərindən biri olub və 2015-ci ildə dünyasını dəyişib. Ölümündən sonra onun xatirəsinə təsis olunan mükafat ildə bir dəfə qadın hüquqları sahəsində uğur qazanan qadınlara verilir. Bu il laureat Şəhla İsmayıldır.

Xural.com-un verdiyi məlumatda bildirilir ki, mükafat bu gün Londonda təqdim olunub. Məlumat üçün deyək ki, bu mükafat regional yox, beynəlxalq mükafatdır və ildə bir dəfə olmaqla cəmi 4-cü ildir ki, verilir. Bu böyük qələbə münasibətilə Azərbaycanın Vətəndaş Cəmiyyətini və Xanım Şəhla İsmayılı təbrik edirik.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button