BŞBPİ: İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılır-VİDEO

“İlkin Rüstəmzadənin məlum avtomobil tərəfindən vurulma təhlükəsilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Rəis qeyd edib ki, araşdırmalar nəticəsində həmin avtomobil müəyyən olunaraq sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb.

E.Hacıyev əlavə edib ki, iddialar təsdiqini tapmayıb:

“Vətəndaşın müraciəti üzrə araşdırmalar davam etdirilir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button