Cəllad Qaregin Njdeyə Xocavənddə heykəl qoyuldu: erməni təxribatını darmadağın etmək lazımdır

Bu gün ermənilər hərbi qəhrəman hesab etdikləri faşist cəlladı Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaldıblar.

Sosial medianın erməni sektorunda yayılan xəbərlərdə yazılır ki, mənfur heykəl müharibədən əvvəl hazırlansa da bu gün mərkəzi küçələrin birində qoyulub.

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Njdeni faşist, cəllad və terrorçu adlandırıb. Onun başlatdığı siyasi təzyiq nəticəsində insanlıq düşməni olan Njdeyə Rusiyada qoyulan heykəl demontaj olundu. İndi ermənilər qəsdən torpaqlarımızı murdarlayaraq, bizi qıcıqlandırmaq üçün bu hərəkəti ediblər.

Hesab edirik ki, qıcıqlanmağa və o heykəli qoyulduğu yerdə darmadağın etməyə dəyər!

Musavat.com əmindir ki, ən qısa zamanda bu heykəl yerlə bir ediləcək!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button