Cəlilabadda bir gündə 6 yanğın hadisəsi olub

Cəlilabad rayonunda bu gün bir neçə yanğın hadisəsi baş verib. Hadisələrdən biri Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, yolun kənarında qeydə alınıb. Bu yanğın nəticəsində 0.5 hektar ərazidə quru kol-kos yanıb.

Daha sonra rayonun Bəcrəvan kəndində minik avtomobili yanaraq, kül olub.

Həmçinin, Cəlilabad şəhərinin Qurtuluş küçəsində 2 ərazidə və rayonun Alar kəndi ərazisində məişət tullantıları yanıb.

Daha bir yanğın hadisəsi rayonun Təklə kəndində bələdiyyəyə aid ərazidə biçilməmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 3 hektar biçilməmiş taxıl sahəsi yanıb.

Bütün yanğın yerlərinə yanğınsöndürənlər və texnikalar cəlb olunaraq yanğınlar söndürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button