Cavanşir Paşazadə: Azərbaycanda siyasi məhbus yoxdur, günahkarlar var və onlar da öz cəzalarını çəkirlər – VİDEO

cavansir pasazade

Millət vəkili Cavanşir Paşazadə meydan.tv-nin suallarını cavablandırıb. Deputata devalvasiya, bank kreditləri, əfvlə bağlı suallar verilib. evalivasiya ilə bağlı Milli Məslisdə keçirilən müzakirələr zamanı müxalifət millət vəkillərinin irəli sürdükləri fikirlərin nəzəerə alınmamasına münasibət bildirən C.Paşazadə bunu gülərək qarşılayıb:

“Müxalifətin işi təklif irəli sürmək, iqtidarın işi isə o təklifi qəbul edib, ya etməməkdir. Müxalifət də olsa, əgər xalqın xeyrinə təkliflər irəli sürürsə, on iqtidar qəbul edə bilər və belə hallar da olub”.

Deputat Hadı Rəcəblinin insanlara sosial müavinət yerinə qoyun verilməsi təklifinə münasibət bildirən C.Paşazadə sualı gülüşlə qarşılayıb və əlavə edib ki,

“Ola bilsin dünya praktikasınd belə hallar baş verib və Hadı müəllim də o praktikaya əsaslanaraq, belə təklif irəli sürüb. Mən burada bir qəbahət görmürəm. O öz fikrini dedi və onun bu təklifi birmənalı qarşılanmadı. Lakin mən burada heç bir siyasi söhbət görmürəm. Praktikada olan bir şeyi misal gətirib. Qəbul edilsə də olar, edilməsə də…”

Beynəlxalq və yerli insan hüquq təşkilatlarının “siyasi məhbus” elan etdikləri şəxslərdən kimlərinsə əfv siyahısına salınıb-salınmaması məsələsinə gəlincə, millət vəkili qeyd edib ki,

“siz elə adamlar var ki, onları “siyasi məhbus” adlandırırsınız. Amma “siyasi məhbus” olmadığından mən də sizin kimi nəzərdə tutduğunuzu bilmirəm. Günahkar adamlar var və onlar da öz cəzalarını çəkirlər”. Azərbaycanda “siyasi məhbus” olmadığını bir daha təkrarlayan millət vəkili, “onu mən yox, məhkəmələr bilər ki, “siyasi məhbus” var, yoxsa, yox”, – dedi.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button