Çexiya Prezidenti: “Ukrayna müharibə bitəndən sonra NATO-ya daxil ola bilər”

“Ukraynanın NATO-ya qəbulu prosesi müharibə dövründə başlaya bilməyəcək”. Bunu Çexiya Prezidenti Petr Pavel “CNN Prima NEWS” telekanalında deyib.

Onun sözlərinə görə, Kiyev müharibənin başa çatması ilə eyni vaxtda prosesin başlayacağına dair təminat almalıdır.

Pavel əmin edib ki, ukraynalıların özləri də yaxın gələcəkdə alyansa qoşulmağın mümkünsüzlüyünü başa düşürlər.

Ukraynadakı hərbi vəziyyəti dəyərləndirən Çexiya lideri bildirib ki, Kiyevin uğurlu əks-hücum üçün yalnız bir şansı var.

Bununla yanaşı, Pavel hesab edir ki, Kiyev əks-hücum üçün nəzərdə tutulan bütün qüvvələri hələ də işə salmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button